VƏHHABİLİK FİTNƏSİ, BATİL ƏQİDƏ və GİZLİ YARANMA TARİXİ » wWw.MeXFi.iNFo - Qaranlığı Aydınladan İşıq

Игровые сервера

Bu Saytda Gerçəklərlə Üzləşəcəksiniz.Saxlanmağa Çalışılan Gerçəkləri Görəcək,Hadisələrin Əslində Necə və Nə Səbəbdən olduğunu Anlayacaq, Oxuduğunuz , Gördüyünüz, Eşitdiklərinizin Əslində Nə qədərinin Gerçəyi Əks etdirdiyini Anlayacaqsınız. Gizlədilən Gerçəkləri Aydınlığa Çıxartmaq Üçün Burdayıq. Əsas məqsəd Yalnız Bir Tək Olan ALLAHIN rizasını qazanmaqdır! Sonrakı məqsədimiz isə İslam Düşmənlərinə və Azərbaycan Respublikasina,Vətənimizə qarşı pis niyyətdə olan kəsləri,mənfi cəmiyyətləri ifşa etməyə yönələn bir sayt olaraq Sionizmin və İslamda İxtilafa yol açan digər ALLAH düşmənlərinin iç üzünü olduğu kimi göstərmək, Satanizm, Vəhhabilik, Masonluq kimi İslama zidd siyasi və gizli təşkilatların fəaliyyətlərini Həqiqətə yaxın olaraq dəyərli istifadəçilərə çatdırıb zəmanəmizi maarifləndirməkdə bir töhvə olmaq

Online Video









Игровые сервера


Игровые сервера

İdarə Heyətinə qəbul

Пожертвования

İstifadəçilər: 24620 (+26)
Mövzular: 619 (+0)
Fəaliyyətimiz:
Опросы
İslamı Məhv Edir...
1. Masonlar
2. Vəhabilər
3. İxtilaflar
4. Özümüz


Saytın Yeniliklərini İzlə



Реклама











Kataloq

"wWw.Mexfi.Info" Saytının Tanıtım Videosu [YENİ]
ƏHLİ-SÜNNƏT Gözü ilə Sələfiyəcilərin gerçək üzü
Azərbaycan Manatında Satanist Simvollar
Masonluğun Azərbaycandakı izləri
İndiki vaxtda İlluminati Fəaliyyətləri
Obelisk Nədir? Masonlarla əlaqəsi nə dərəcədədir?
Erməni vəhşilikləri
YEHOVA ŞAHİDLƏRİ
Kainatın yaradılışı
Ümummilli Lider "Heydər Əliyev"
UFO (NLO) Haqqında Bilinməyənlər
wWw.MeXFi.iNFo - Qaranlığı Aydınladan İşıq » Vəhhabi Fitnəsi » VƏHHABİLİK FİTNƏSİ, BATİL ƏQİDƏ və GİZLİ YARANMA TARİXİ
rss
  • Baxış Sayı: 4186
  • Bölmə: Vəhhabi Fitnəsi

VƏHHABİLİK FİTNƏSİ, BATİL ƏQİDƏ və GİZLİ YARANMA TARİXİ

 

 

 

 

Vehhabilik hedislerde: Hörmetli oxucu melum olduğu kimi Həzrət Muhammed (s) gelecekde olacaq bezi hadiseleri önceden söylemişdir. Və hele o zaman Hezret (s) vəhhabilik tehlükesini hedislerinde bildirmişdir. Qeribe de olsa bu haqda olan hedisler vehhabilerin de en etibarlı saydıqları ve hetta içerisinde bir saxta hedis bele olmadığına etiqad besledikleri kitab olan "Sehihi-Buxari"də də mövcuddur. Biz de hemin kitaba müraciet etmişik

 

Biz bu kiçik meqalemizde vehhabiliyin yaranmasına ve tarixi inkişafına, müselmanlarla apardıqları müharibelere, töretdikleri vehşiliklere, Peyğember (s)-ın bu firqe ardıcılları baresinde olan hedislerine, bu gün vetenimizde onların real tehlüke yaratmasına qısaca da olsa toxunacağıq. Artıq Azerbaycanda da kifayet qeder yayılmış ve tehlüke menbeyi olan vehhabiler özlerini gah "ehli-sünne vel-cemaet", gah "Selefi", gah da başqa adlarla adlandırır, onlara verilen vehhabi adını qebul etmirler. Görünür bunun özü de dini maarifi zeif olan xalqa qarşı yöneldilmiş bir hiylelerindendir. Vehhabi yönümlü alimlerden olan Alusi vehhabi adına açıq şekilde e`tiraz ederek onları "Mehemmedi" adlandırmalarını teleb etmişdir. İşin qeribe olan terefi ise vehhabileri bir mezheb kimi sünniler qebul etmedikleri halda, onlar danışıqlarında ve yazılarında sünnilerin adından danışırlar  Əslində ise onlar esl sünni eqidesine qAarşı çıxır, esl sünni eqidesinde olanları "kafir" e`lan edirler.

Yaranması ve tarixi inkişafı: Qeyd etmeliyik ki, bu eqidenin yaranması ebdül Vehhab oğlu Mehemmedden evvel XIII-XIV esrde yaşamış ibn Teymiyye leqebi ile tanınmış ebül Abbas ehmed ibn ebdül Helimin ve onun şagirdi Qeyyimin adı ile bağlıdı. Lakin o vaxt bu fikir ve eqideler mezheb şekilinde formalaşmamış ve onlar özlerine çoxlu terefdar yığa bilmemişler. İbn Teymiyye öz fikir ve eqidelerini aşkar etmek üçün kitab yazdığı zaman islam alimleri, xüsusile sünni alimleri onun eqidesine e`tiraz elameti olaraq kitablar yazmağa başladılar. Bunlara misal olaraq maliki mezhebinin qazisi Teqiyyeddin ibn Abdullah exnainin "el-Meqaletul-Merziyyetu", Fexr ibn Müellim Qureşinin "Necmul muhdedi ve recmül-müqtedi", Teqiyyeddin Hüsnanın "Def`uş-şübheti" kitabını ve s. göstermek olar.

Bu alimlerin ikinci xidmeti bu olmuşdur ki, onlar ibn Teymiyyeni kafir, bid`etçi adlandırmışlar ve onu heps etdire bilmişler. Sünnilerin böyük alimlerinden olan Zehebi ona mektub yazmış ve mektubda onu tarixin en menfur adamı "Heccac kimi yolunu azmış" adlandırmışdır. Bu mektubu müellif "Tekmiletüs-seyfis-siqen" kitabının 190-cı sehifesinde qeyd etmişdir.

İbn Teymiyye 1308-ci ilde zindanda ölmüş ve onu şagirdi Qeyyim de ondan sonra aktiv fealiyyet göstere bilmemişdir. Bele ki, Şamda bir qism insanı çıxmaq şertile bu eqide başqa yerlere yayılmamışdır. Bunu da qeyd etmek lazımdır ki, ibn Teymiyyenin ve şagirdinin kitabları vehhabi mezhebini formalaşdıran Mehemmed ibn ebdül Vehhaba qeder gelib çatmışdır. İbn Teymiyyenin ölümünden teqriben 4 esre yaxın bir zaman keçdikden sonra Mehemmed ibn ebdül Vehhab onun kitabları ile tanış olmuş ve bu ideya ve fikirleri reallaşdırmaq üçün öz fealiyyetine başlamışdır.

O, 1703-cü ilde erebistanın Necd vilayetinin Üyeyne şeherinde anadan olub. Atası bu vilayetin qazisi idi. Mehemmed tehsilini atasından almış ve bununla yanaşı evvel de qeyd edildiyi kimi o, ibn Teymiyyenin fikirleri ile de tanış olmuşdur. Hele cavan yaşlarından Mehemmed Necd ehalisinin bir çox dini eqidesine qarşı çıxmış ve yerli ehali terefinden mezemmet olunmuşdur.

Mehemmed ibn ebdül Vehhab Mekkeye, Medineye sefer etmiş ve sonra Besre şeherine gelmişdir. O, burada özünü müselman kimi qeleme veren, eslinde ise ingilis casusu olan Mister Hemferle tanış olmuşdur. Bu haqda daha etraflı melumat almaq isteyen oxucularımız Mister Hemferin özünün qeleme aldığı ve bir çox dillere, o cümleden de Azerbaycan diline tercüme olunan "Mister Hemferin xatireleri" kitabına müraciet ede bilerler. Melum olduğu kimi istismarçı dövletler, islam düşmenleri islamı aradan aparmaq üçün herbi güc tetbiq etmış ve etmekdedirler. Onlar üçün bundan da effektli yol müselmanlar arasında exaqsızlığı yaymaq, islam hökümlerini pis cilvelendirmek, islami rehberlere qarşı nifret yaratmaq, milletçilik hisslerini oyatmaq ve en başlıcası müxtelif mezheb ve firqeler yaratmaq olmuş ve olmaqdadır. Mister Hemfer de bu yolda çalışan bir ingilis casusu idi. Mehemmedle tanışlıq Mister Hemfer üçün göyden düşme olur. O, Mehemmed kimi islam eqidesine qarşı çıxan insanı çoxdan axtarırdı. Hemfer kölge tek Mehemmedin arxasınca düşdü ve axırda öz meqsedine çatdı. O hemin kitabda yazır: "Ona çox hörmetle yanaşırdım. Gencliyimin en deyerli günlerini onunla keçirdim. Yaxşı ki, ekdiyim ağac öz behresini vermeye başlamışdı..Mehemmed Necdi cızdığım yolla addım-addım irelileyirdi. Menim vezifem ona istiqlal ve hürriyyet verib, yeni-yeni şübheler aşılamaq idi".
Hemin kitabda İngilterenin Müstemlekelere Nezaret Naziri Hemferin "emey"ini qiymetlendirerek bele deyir: "Mehemmed Necdi nazirliyimizin müselmanların qelbine sancmaq üçün daim axtardığı bir silahdır ki, onu elde etmek üçün serf etdiyin bütün mesreflere deyer".

Mehemmed burada bir neçe il qaldıqdan sonra öz şeherine - Üyeyneye dönür. Bu şeherde evvel mövqeyini güclendirirse de sonra oradan qovulur. O, Necdin tanınmış şeherlerinden olan Der`iyyeye yola düşür. O zaman bu eraziye Mühemmed ibn Seud rehberlik edirdi. Mister Hemferin de seyi neticesinde Mehemmed ibn ebdül Vehhabla Mehemmed ibn Seud arasında razılaşma olur. Bu hadise 1740-cı ile tesadüf edir. Bu razılaşmaya göre ibn Seud onun eqidesinin yayılması ve onun dini rehber kimi tanınması üçün elinden geleni esirgemeyecek, evezinde ise Şeyx Mehemmed ibn ebdül Vehhab ona öz (vehhabi) ideologiyasının kömeyile erazi iddialarına ve hücumlarına qanuniyyet kesb etdirecek ve bu yolla onu genişlenecek erazinin resmi emiri kimi tanıyacaqdı. Doğrudan da Seud rejimi sonradan vehhabi ideologoyası vasitesile güclendi ve erebistan yarmadasını tutaraq oranı Seudiyye erebistanı adlandırdı. (Bu haqda sonra geniş yazacağıq). Müasir islam alimlerinden biri haqlı olaraq vehhabiliyi Seudiyye rejiminin "ömür şüşesi" adlandırmışdır.
Şeyx Mehemmed ibn ebdül Vehhabın övladları haqqında bezi alimler bunu qeyd etmişler ki, onun iki oğlu Hesen ve Hüseyn atalarının eqidelerine qarşı çıxmış ve bu yolda şehid olmuşdular. Hetta Hüseynin başını vehhabiler mişarla kesmişler. Diger oğlanları ise atalarının yolunu davam etdirmişdiler. Şeyx Mehemmedin bir qızını ise Mehemmed ibn Seud öz oğluna alaraq, iki aile arasında qohumluq elaqeleri yaratmışdır.

Şeyx Mehemmedin fikir ve ideyalarının Necde, xüsusile de Der`iyyede yayılmağa başladı ki, bununda bir neçe sebebi olmuşdur: 1) Bu vilayetin ehalisinin dini maarifi demek olar ki, yox derecesindeydi. 2) Burada yaşayan erebler hele de qebile heyat terzinde yaşayırdılar. Her qebilenin de öz ağsaqqalı olurdu. Bu ağsaqqal qebileni idare eder ve onun gösterdiyi yol qebile üzvleri üçün qanun olardı. Ve eger o her hansı dini, mezhebi qebul etseydi qebilesi de sorğu-sualsız bu dini ve ya mezhebi qebul ederdi. 3) Bu yer ucqar bir yer olduğundan ve ehalinın bedevi ereblerden teşkil olunması, onların elmsızliyi. Bu da onların tez te`sir altına düşmesine sebeb oldu. 4) Bu ehalinin evvelden qan tökmeye meyilli olmaları. Der`iyye ehalisi evveler de ibn Seudun başçılığı ile diger qebilelere müntezem hücum edir, onları öldürür ve onları qaret edirdiler. 5) Qebile üzvlerine müharibelerden böyük qenimet verileceyinin ve`d olunması.
Şeyx Mehemmedin en böyük cinayetlerinden biri de onun puç eqidesini qebul etmeyen müselmanları "kafiri-herbi" adı altında cezalandırmasıdır. 1740-cı ildeki razılaşma ile dini ve menevi lider olaraq Şeyx Mehemmed ibn ebdül Vehhab, emir olaraq Mehemmed ibn Seud başda olmaqla böyük istilalara, hücumlara başladılar. Onlar vehhabı olmayanların mallarına, canlarına ve namuslarına tecavüz etmeyi özüne halal bilirdiler. Onlar defelerle müselmanlara hücum etmiş, minlerle insanı qetle yetirmiş, mal-dövletlerini talan etmişler. Bu hücumlarda onların şüarları "Ya Vehhabilik, ya qılınc" idi. Şeyx Mehemmed islama ve müselmanlara böyük xeyanet etdikden sonra 1792-ci ilde öldü. Ondan sonra onun eqidesini başda Seud ailesinden olan emirler olmaqla zor gücüne yaymağda davam etdiler.

Töretdikleri cinayet ve vehşiliklere baxış. Mehemmed ibn ebdül Vehhab hele sağlığında onu Üyeyneden qovan emir Osmanı öldürtdürür. Sonra onun başçılığı ile vehhabiler Üyeyne şeherinin tabeçiliyden boyun qaçırmasını behane ederek oranın kişilerini kütlevi suretde qırır, qadınlarına ise tecavüz edirler.

Vehhabilerin en dehşetli cinayetleri müselmanların müqeddes şeherlerinden biri olan Kerbelaya hücum olmuşdur. Bu hadise emir ebdül eziz ibn Mehemmedin başçılığı altında 1802-ci ilde baş vermişdir. Bu hadise "Qedir Xum" bayramına tesadüf etdiyinden İmam Hüseyn (e)-ın hereminde çoxlu sayda zevvar olmuşdur. Neticede onlar 5 minden çox (bezi menbeler bunun 20 min olduğunu gösterir) günahsız insanı şehid etmiş, İmamın hereminin xezinesini oğurlamış, şeheri viran qoymuşlar. Azerbaycanın meşhur alimi Hacı Zeynelabidin Şirvani bu hadisenin canlı şahidi kimi öz "Hedaiqus-seyahet" kitabı 427-ci sehifede bele yazır: "Günün günorta çağı ellerine keçen bütün qızıl-gümüş, cevahirat ve s. zalımların eline keçdi. Lakin be`zi xezineleri onlar gelmemişden qabaq gizletdiklerine göre apara bilmediler". Kerbela bu hadiseden sonra ele bir veziyyetde idi ki, şairler bu şehere mersiyyeler deyirdiler. Bundan sonra bir neçe defe de (1802, 1806cı iller) Kerbelaya qefil hücumlar olmuşdur.

Bu hücumlardan bir-neçesi de Necef şeherine edilir. 1800-cü ildeki hücumda onlar 150-ye yaxın İmam eli(e) zevvarını qetle yetirmiş, amma heremin xezinesi gizledildiyine göre onu qaret ede bilmemişler
Hemçinin vehhabiler 1803-cü ilden başlayaraq Taife, Mekkeye, Medineye yürüşler etdiler. Xüsusile Taifde kütlevi qırğınlar heyata keçirdiler. ereb tarixcisi Sediqe Zehavi bu müharibe haqqında yazır: "Bu müharibede vehhabilerin en çirkin işi müselman ehalini kütlevi suretde qetle yetirmeleri idi. Kiçiye, böyüye rehm etmirdiler. Balaca südemer uşağın başını anasının qucağında kesirdiler" . Bu hadiseden sonra Mekke alimleri onları kafir e`lan etdiler. Vehhabiler bunu behane ederek Mekke ve Medineye hücumlar teşkil edirler. Bu döyüşlerden sonra Mekke ve Medine şeherleri bir-neçe il onların esareti altında qalır. Onlar Medine şeherini ele keçirerken hetta Peyğember (s)-ın hereme hörmetsizlik etmiş, heremde olan qiymetli eşyaları oğurlamışlar. 1811-ci ilde Misir paşaları Tosun ve İbrahim paşa vehhabilere qarşı müharıbeye başlamış ve onları vehhabiliyin o vaxtkı merkezi olmuş Der`iyye şeherine qeder sıxışdırmışlar. Ve şehere daxil olaraq onu viran qoymuş, vehhabilerin o zaman ki rehberleri olan Abdullah ibn Seudu esir alaraq İstanbula, Osmanlı sultanına gondermişler. Sonra şehere hakim te`yin edib orduları ile birlikde Misire qayıtmışlar. Bu meğlubiyyetden sonra vehhabiler tamamıle yox olmasalar da çox zeif bir duruma düşmüşdüler.
İngilislerin bu firqeni yaratmaqda esas meqsedleri onların en böyük düşmeni olan Osmanlını zeifletmek ve parçalamaq olmuşdur. Bele ki, yarandığı günden onlara her cür maddi yardım etmış ve onları silahlandırmışlar. İngilislerin onlara en böyük yardımları ise 1902-ci ile tesadüf edir. Bele ki, ingilislerin ve Küveyt emirinin kömeyile ibn Seudun başçılığı altında vehhabiler başda er-Riyad şeheri olmaqla erebistan yarmadasının Necd hissesini ele keçirirler. Bu dövr Osmanlının artıq çox zeif dövrüne tesadüf etdiyinden o erebistan yarmadasında demek olar ki, nezareti elde saxlaya bilmirdi. I dünya müharibesinin sonunda erebistan yarmadasında iki cinah- Necd ve Hicaz mövcud idi. Mekke, Medine ve Taifin yerleşdiyi Hicaz hissesine Şerif Hüseyn emirlik edirdi. Necd hissesinde ise hakimiyyetde ibn Seudun başçılığı ile vehhabiler idi. İngiltere Şerif Hüseyni aldadaraq ona bütün erebistanın hakimiyyetini ve`d ederek Osmanliya qarşı vuruşdurdu. Ve Şerif Hüseyn Osmanlını bu erazilerde meğlub etdi. Amma ingilisler verdikleri sözü tutmayıb bu sefer vehhabileri silahlandıraraq Hicaza - Şerif Hüseyne qarşı hücumu teşkil etdiler. Bu hücum 1924-cü ilde ibn Seudun başçılığı ile heyata keçdi. İlk olaraq vehhabiler Taifi işğal etdiler. Onlar bu şeherde camaatı kütlevi şekilde qırdılar. Bunun ardınca Mekke, Medine, Cidde ve s. şeherleri de işğal olundu ( Tessüfle qeyd etmeliyik ki, bu gün de bu müqeddes şeherler onların elindedir). Onlar Medinede "Beqi" qebiristanlığında Peyğember (s)-ın oğlu İsmailin, o Hezret (s)-ın zövcelerinin, sehabelerinin, hemçinin emisi Hezret Abbasın ve neve-neticesi olan imamlarımız: İmam Hesen (e, '), İmam Zeynul-abidin (e, '), İmam Baqir (e) ve İmam Sadiq (e)-ın qebirlerini ve onların üstünde ucalan meqbereleri yerle yeksan etdiler. Bununla kifayetlenmeyen vehhabiler bu güne qeder de o qebirlerin yerini yaxından ziyaret etmeye qoymurlar.
Onlar Peyğember (s)-ın mübarek mezarını da uçurtmaq istediler. Amma bütün dünya müselmanlarının onlara qarşı qalxacağından qorxaraq bundan ehtiyat etdiler.

İngilislerin kömeyile bütün erebistan yarmadasının böyük bir hissesini tutan İbn Seub 1927-ci ilin yanvar ayında özünü kral elan etdi Ve ele hemin il İngiltere erebistanı dövlet kimi tanıdı. 1932-ci ilden Kral ibn Seud dövleti ata-babasının şerefine olaraq Seudiyye erebistanı kimi qeleme vermeye başladı ve dövletin dini mezhebinin vehhabilik olduğunu qanunileşdirdi. Lakin sonradan bu mezhebin ideologiyası ve qanunları ile dövleti idare etmeyin mümkünsüzlüyünü derk edib, vehhabi eqidesinde deyişiklikler aparmağa başladı. Bele ki, o zamana qeder vehhabi eqidesine göre her cür yenilik ve deyişiklik haram idi. İbn Seud teleqraf, telefon, avtomobil, işıq ve s. texniki medeniyyet nümunelerinin istifadesini halal bildi ve onların ölkeye idxalına icaze verdi. Bu da ifratçı vehhabilerin qezebine sebeb oldu ve tarixde "İxvan" adı ile meşhur olan qanlı facieni törenmesile ifratçılar yatrıldı. Sonrakı dövrde dünya neftinin 25%-nin bu torpaqlarda olması aşkar olundu. Bunun sayesinde vehhabiler sür`etle varlandılar ve bütün dünyada güclü dini tebliğata, dini maarifi zeif olan insanları maddi yardım yolu ile ele almağa başladılar.

Vehhabilik hedislerde: Hörmetli oxucu melum olduğu kimi Hezret Mehemmed (s) gelecekde olacaq bezi hadiseleri önceden söylemişdir. Ve hele o zaman Hezret (s) vehhabilik tehlükesini hedislerinde bildirmişdir. Qeribe de olsa bu haqda olan hedisler vehhabilerin de en etibarlı saydıqları ve hetta içerisinde bir saxta hedis bele olmadığına etiqad besledikleri kitab olan "Sehihi-Buxari"de de mövcuddur. Biz de hemin kitaba müraciet etmişik. Bu kitabın "el-fitne min qibelil-meşriq" feslinde Abdullah ibn Ömer Peyğember (s)- dan bele neql edir: "Peyğember iki defe buyurdu: İlahi, bize Yemende bereket ver. Sehabe dedi: Ya Resulallah dua edin Allah Necdde de bize bereket versin. Peyğember üç defe buyurdu: Necd azğınlıq ve fitne-fesad yeridir. Şeytanın buynuzu oradan çıxacaq"! Doğrudan da sonradan vehhabilik bu diyarda yarandı ve yayılmağa başladı.
Hemin kitabın "et-Tövhid" bölümü, "Qiraetul-Facir vel-munafiqun" feslinde bele bir hedis var. Peyğember (s) buyurur: "Meşriq (Şerq) terefden ele insanlar çıxarlar ki, onlar Qur`an oxumaqdan savayı heç bir şey bilmezler. Onlar dinden sapmış şexslerdir. Öz dinlerine qayıtmazlar". O Hezretden soruşdular: "Onların elametleri nedir"? Hezret buyurdu: "Her zaman başlarını qırxdırarlar". Hezret nece de dogru buyurub. Günümüzde bunu açıq-aşkar görürük. Onlar ancaq Qur`an ezberleyir ve onu başa düşdükleri ve istedikleri kimi tefsir edirler. Çoxları (xüsusile rehberleri) başlarını keçel qırxdırırlar." Vehhabik deyilen bir eqidenin yaranacağı haqqında kifayet qeder hedis getirmek olar. Amma biz meqalenin hecmini nezere alaraq bunlarla kifayetlenirik. Bize ele gelir ki, bu iki möteber hedis vehhabiyin ne qeder azğın firqe olmasını subut etmeye kifayet edir.
İslam ve terror: Bu gün islama terror damğasını da mehz vehhabiler getirmişler. Ümumiyyetle islamda terror dedikde mehz "vehhabi terroru" başa düşülmelidir. efqanıstanda olan Talibanlar, dünya çaplı el-Qaide terror teşkilatı ve onun çox saylı şebekeleri, çeçen terroristleri, diger vehhabi yönümlü terror teşkilatları ve s. vehhabi ideologiyasının dünyaya bexş etdikleridir. el-Qaidenın minlerle insanın ölümüyle neticelenen "11 sentyabr" hadiseleri, Pakistanda ve İraqda müselmanlara xüsusile de şie müselmanlarına qarşı töredilen terror hadiseleri, Talibanın efqanıstanda töretdiyi sayagelmez cinayetler ve elecede bu ölkeni dünyada en böyük narkotik diyarına çevirmesi, dünyada baş veren bir çox terror hadiseleri ve s. vehhabiliyin artıq bütün dünya xüsusile müselman alemi üçün real tehlükeye çevrildiyinden xeber verir.
Azerbaycanda vehhabilik: Ölkemiz müsteqillik elde etdikden sonra yadda qalan meqamlardan biri de dine azadlıq verilmesi oldu. Bu qerardan sonra ölkemize ayaq açan üzdeniraq misyonerlerden en öncülleri yene vehhabiler oldular. Onlar 1992-ci ilde Azerbaycana ayaq açmağa başladılar. Ve bu dövürden başlayaraq Azerbaycanda sünni-şie, namazın nece qılınması ve s. meseleler aktuallaşmağa başladı. Bundan evvel Azerbaycanda bele bir ayrıseçkiliye yol verilmemiş, zaman-zaman bu torpaqda şie-sünniler arada heç bir narazıçılıq olmadan qardaş kimi yaşamışlar.
Vehhabi misyonerleri etraflarında bir çox üsullarla bir deste insan toplaya bildiler. Azerbaycanda vehhabiliyin yayılmasının esas sebebleri bunlardır:
1. Dini maarifsizlik amili. 70 il dinden uzaq düşmüş xalqımız dini cehetden savadsız olması.
2. Xurafat amili. Bele ki ateizm zamanında xalqda dini etiqadlardan çox xurafatlar dinini terkib hisseleri kimi tanınırdı

Bundan da istifade eden vehhabiler bu xurafatların doğurdan da dinin terkib hissesi olmadığını bildirerek ve guya bizim mezhebin inanclarının terkib hissesi olduğunu hiylegerlikle xalqa çatdırmaları.
3. Maddiyyat amili. Onlar yardım yolları ile işsiz ve qaçqın tebeqeni öz ellerine alırlar. Vehhabilerin Bakıda melum olan en böyük xeyriyye teşkilatı Küveytin "İslam İrsinin Dirçelişi" cemiyyetidir. Bununla bele metbuatda da getdiyi melumatlara göre "Xelife" islam (vehhabi) teşkilatı Azerbaycanda vehhabiliyin yayılması üçün üç milyon dollar pul ayırmışdır. Bele faktlar çoxdur.
4. Müsteqilliyden sonra da heqiqi islamın ve islam deyerlerinin xalqa çatdırılmaması ve ya qeyri-peşekar tebliğ. Bele ki, islam libasına bürünmüş bezi "bozbaş molla"ların islama biznes, pul qazanmaq yolu kimi baxmaları buna sebeb olmuşdur. Bu cür "dindarlar" neyin ki, heqiqi islamı xalqa çatdırdılar, eksine xalqın heqiqi islamdan uzaqlaşmasına ve başda vehhabilik olmaqla diger firqe ve dinlere üz tutmalarına sebeb oldular.
Meneviyyatımıza, dini deyerlerimize, medeniyyetimize ve dövletçiliyimize qarşı yönelmiş vehhabilik artıq bu gün real tehlüke menbeyi olaraq qebul edilmelidir! Son hadiseler de bunu gösterir. Bele ki, metbuatımızda yer alan iyulun 12-den 13-e keçen gece (2005-ci il) Milli Tehlükesizlik Nazirliyi Novxanı kendinde gizlenen bir qrup silahlı vehhabinin zerersizleşdirilmesi meqsedile xüsusi emeliyyat keçirir. MTN emekdaşlarının gelişinden xeber tutan vehhabiler onlara silahlı müqavimet gösterib. İki saata yaxın davam eden atışmada üç vehhabi öldürülür. emeliyyat zamanı altı terrorçunun hebs olunduğu bildirilir. Bundan sonra onlardan daha iki nefer 3-cü mikrorayon erazisinde zerersizleşdirilir ve maşınlarından külli miqdarda silah-sursat aşkar olunur. 2005-ci ilin axırlarında Xaçmaz şeherinde aşkar olunan silah anbarı ve s. bunu testiq edir.
Azerbaycanda en çox vehhabilik Xaçmaz, Siyezen, Quba, Qusar, Zaqatala ve Şamaxıda yayılmışdır. Bele ki, bu şeherlerde dine riayet edenlerin böyük ekseriyyetini vehhabi firqesi ardıcılları teşkil edir. Ölkemizin paytaxtında da vehhabilik durmadan artmaqdadır. Tesadüfü deyil ki, onların Azerbaycandakı merkezleri ve dayaq nöqteleri Bakıdakı "Əbu-Bəkr" mescididir. Oranın vehhabi rehberi metbuata verdiyi müsahibelerinin birinde cüme günü mescidde 7 min dindarın namaz qıldığını bildirir. Ve ona unvanlanan vehhabi sözüne etiraz olaraq bildirir ki, ümumiyyetle vehhabilik deye bir şey yoxdur. Biz müselmanıq. (Diqqet!)
Bu hadiselerden elave vehhabiler broşurler paylayıb xalqı çaşqınlığa salmaq isteyirler. Bu broşurların birinde Peyğember (s) mescidinin şeyxinin yuxuda Peyğember (s)-ı gördüyü qeyd olunduqdan sonra bu broşuru oxuyan şexsden teleb edilir ki, bu broşurdan en azı on nüxse çıxarıb paylasın. eks teqdirde ya ölümle ya da acı aqibetle üzleşecek.

Hörmetli bacı ve qardaşlarımıza onların bütün beşeriyyet, xüsusilede müselmanlar üçün tehlükeli olan eqidelerini qeyd edek. Onu da bildiririk ki, bu meqalenin II hissesinde onların eqideleri haqqında geniş melumat verilecek ve eqidelerine Qur`an, sünnet ve ağıl baxımından cavab verilecek, yalnışlığı sübut olunacaq. Biz burada onların eqidelerini sistemleşdirilmiş halda qeyd edirik ki, oxucular vehhabilerin hansı eqidelere sahib olduqlarını anlasınlar. 


VƏHHABİLƏRİ AŞAĞIDA SADALADIĞIMIZ ƏQİDƏYƏ  GÖRƏ RAHAT TANIMAQ OLAR

ƏQİDLƏRİ


1. Allaha el-ayaq, üz, göz ve s. nisbet vermek. Bir sözle Allahı cisimleşdirmek. Qeribedir, müselmanları şirkde (Allaha şerik qoşmaqda) günahlandıran vehhabiler özleri neyin ki Allaha şerik qoşurlar, hetta Allahı cismani bir varlıq kimi qebul edirler. Yeni onu göyde oturan, geceler yer semasına enen, iki eli , gözü, qulaqları ve s. olan bir insana benzer mexluq kimi tesevvür edirler. Oxucularımızdan kimse bizi onlara qarşı iftira atmaqda günahlandıra biler. Bele oxucularımızdan xahiş edirik ki, vehhabilerin Azerbaycan dilinde yazımış olduqları ve böyük tirajla çap olunub ehaliye paylanılan "Selefi Salehin eqideleri ve ya ehli-sünnet vel-cemaat yolu" kitabına müraciet ede bilerler.


2. Bütün müselmanların "kafir" olması. Onların eqidesine göre bütün müselmanlar vehhabi eqidesini qebul etmelidiler. eks teqdirde onlar kafirdiler ve öldürülmelidirler. Elecede vehhabi eqidesi daşımayan qadınlara tecavüz etmek halaldır.


3. Peyğemberlerin, imamların, övliyaların qebiri üzerinde türbe, Allah evi tikmek haramdır ve onu dağıtmaq vacibdır. Her bir vehhabi imkanı olan halda bu türbeleri ve mescidleri yıxmalıdır, yoxsa böyük günah etmiş olar. Ümumiyyetle onlar demek olar ki, islami abidelere qarşı düşmen mövqeyi tutmaqdadırlar. Bizim qenaetimizce bunun özü de vaxtı ile islam düşmenleri terefinden onların eqidelerine elave olunub. Çünki bir xalqı mehv etmek ve onlara keçmişini unutdurmaq üçün onun tarixini xüsusile tarixi yaşadan tarixi abideleri mehv etmek lazımdır.


4. Şefaetin ve tevessülün haramlığı.


5. Peyğemberlerin, övliyaların ve yaxud her hansı bir qebir ziyaretine getmek haramdır.


6. Peyğemberin ve İmamların matem ve mövludunu qeyd etmek haramdır.


7. ezizlerin ölümünde ağlamaq haramdır.


8. Ağıl, mentiq haramdır ve dine (vehhabi ideologoyasına) ziddir.


 Sonda hörmetli oxuculardan xahiş edirik ki, yuxardakı eqideli insanlara rast geldikde onların vehhabi olmasına emin olsunlar. Çünki evvelde de qeyd etdiyimiz kimi onlar indi "vehhabi" adını qebul etmir, özlerini "esl müselman", "Selefi Saleh", "ehli-sünnet vel-Cemaet" adlandırırlar.


İlahi Sen bütün haqq yoldan çıxmış insanları haqq yola hidayet et! Ve eger bu insanıar hidayet olmazlarsa onların şerlerini özlerine qaytar.


Müselmanları bütün düşmenlerin şerinden qoru. Amin Ya Rebbelalemin

  • Şərh Sayı: 28
  • 24 декабря 2012 08:13
  • Qeydiyyat Tarixi: --
  • 28
Quranda sehvin olmasi mumkun deyil...eger iddia eden varsa mutleq isbat lazimdi hemde mohkem bir menbeden sani sehih bir menbeden....
  • KOLGE
  • Statusu: İstifadəçi
  • 4 апреля 2011 21:04
  • Qeydiyyat Tarixi: 3.04.2011
  • 27
1. Cecenler ne vaxtdan terrorcu olublar? Hele dunyada onlar kimi doyuwken bawqa bir millet gostere bilersen? Islam duwmenleri ile doyuwmek meger terrorculuqdur?
2. 11 sentyabr Amerika kewfiyyatinin oz emelidir. Efqanistana, Iraqa daxil olmaqcun behane lazim idi.
3. Vehhabi sohbetini yiqiwdir. Uzbeuz gelsen burda yazdiqlarini onlara deye bilersen? Muselman niye Islamin duwmeni olmalidir ki?
P.S- ayka866 GET OYUNCAQLARINLA OYNA!
  • 26 октября 2010 16:37
  • Qeydiyyat Tarixi: 11.09.2010
  • 26
Sitat: Abdul-Hamid
Abdul-Hamid

Aleykum esselem
Allah cumlemizden razi olsun ve cumlemizin imanini artirsin..
Mehribanliq necede gozeldir
  • 26 октября 2010 15:29
  • Qeydiyyat Tarixi: --
  • 25
Abdul-Hamid,
Aləykə salam.
  • 26 октября 2010 08:54
  • Qeydiyyat Tarixi: 31.08.2010
  • 24
AsSalam aleykum.
Ya Eba Abdullah.
Allah razı olsun.
  • 25 октября 2010 19:44
  • Qeydiyyat Tarixi: 11.09.2010
  • 23
Sitat: Abdul-Hamid
Abdul-Hamid


Həzrət imam Sadiq(s)-dan onun hökmünü soruşduqda buyurdu:

«(İstimna) Allah-taalanın Quranda nəhy etdiyi böyük günahlardan biridir. İstimna edən özü ilə evlənən kimidir və mən belə işlə məşğul olanı tanısam, onunla birlikdə bir süfrə başında əyləşmərəm. Hədisi nəql edən soruşdu: İstimnanın hökmü Quranın harasında başa düşülür? Həzrət buyurdu: Onun hökmü «Öz yoldaşı və kənizindən başqa yolla şəhvətini (doyduranlar) təcavüzkarlardı» ayəsindən (başa düşülür). Soruşdu: Zinanın günahı böyükdür, yoxsa istimnanın? Həzrət buyurdu: İstimna böyük bir günahdı.»
Həzrət imam Sadiq(s) buyurur:
«Allah-taala üç dəstə ilə danışmaz, onlara rəhmət nəzərini salmaz və onları paklaşdırmaz Həmçinin onlar üçün dərdli əzab vardır:
1. Özünü cavan göstərmək üçün ağ tükünü yolan;
2. Öz bədən üzvü ilə şəhvətini xaric edən;
3. Ləvat olunan şəxs»
Həzrəti Peyğəmbər (s.a.a.s) buyurur:
«Öz əli ilə şəhvətini xaric edən məlundur (lənətlənmişdir)»
Bu asagidakini da sunni qardaslarimizin saytindan goturmusem..Qurandan stat getirilir..
"Ve onlar ki, iffetlerini korurlar; Ancak eşleri ve ellerinin sahip olduğu (câriyeleri) hariç. (Bunlarla ilişkilerden dolayı) kınanmış değillerdir. Şu halde, kim bunun ötesine gitmek isterse, işte bunlar, haddi aşan kimselerdir." (Müminun Suresi : 5-7)
"Ancak eşlerine ve cariyelerine karşı müstesna; çünkü onlar kınanmaz; Bundan öteye (geçmek) isteyenler ise, onlar taşkınların ta kendileridir." (Mearic Suresi 30-31)
  • 25 октября 2010 13:48
  • Qeydiyyat Tarixi: --
  • 22
Abdulraxman,
Əssalamu aləykə.
"Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər." (əhzab, ayə 58)
"(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)." (Əl-İsra, ayə 36)
"O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi."
Allahın Peyğəmbəri (s.a.a.):«Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar.» (Biharul-Ənvar, c.75, səh.194, hədis 5)
İmam Əli (ə):«Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur.» (Ğurərul-Hikəm, hədis 10455)
Kənardan baxan adil bir insan asanlıqla deyər sənsən cahil yoxsa mən. Cahilliyin əlamətləri səndə görülür. Allahın salamını vermədən sözə başlamaq, təhqir etmək, danışığını bilməmək, böhtan atmaq, şeytan kimi əməldə tələsmək, bircə söyüş söyməmisən oda tək-bə-tək olsaydıq onu da eləyərdin ona əminəm. Sən get hələ bir əməllərini islah elə ondan sonra gəl söhbət eləyərik. Abdul-Hamid qardaşdan ibrət dərsi al.
  • 25 октября 2010 10:46
  • Qeydiyyat Tarixi: 31.08.2010
  • 21
AsSalam aleykum
ya Eba Abdullah.Sünnə əqidəsində istimna haramdır.İstəsən külli miqdarda sübutlar yazaram.Sənin sitatın: "Bunlari (yəni istimnanı qəsd etmisən)haram saymayanlarada Allah lenet etsin".-şiə alimi Əbu əs-Salah əl-Hələbi deyir:"Təməttu həccinin ihramında tavafdan və ya səydən əvvəl "sevişmək" təməttunun ifsad edilməsidir və kəfarəsi barədə açıq bir şey gəlməmişdir, Arafədən əvvəl həcc ihramında eləmək barədə isə sarih bir şey yoxdur, əgər fərcə duxul olarsa, həcci pozulmuşdur və yenidən başlaması lazımdır. Arafədən sonra isə açıq bir şey gəlməmişdir. Eləcədə istimna, arxadan ilişki və heyvanla ilişki haqqında açıq bir şey gəlməmişdir." ("əl-Kəfi lil-Hələbi", səh: 302,eləcədə bax: əl-Hilli, "Muxtəlif əş-Şiə", 4/152).Hürr əl-Amili "Vəsail əş-Şiə" kitabında deyir:"Əhməd bin Muhamməddən, o da Əbu Yəhya əl-Vasitidən, o da İsmail əl-Basridən, o da Zarara bin Aəyəndən, o da Əbu Abdullahdan (aleyhis-sələm) rəvayət edir ki, Əbu Abdullahdan masturbasiya edən haqqında soruşdular, dedi: "Özü ilə evlənmişdir və üzərinə bir günah yoxdur."("Vəsail əş-Şiə", 2/353). Məncə kifayətdir...



  • 25 октября 2010 05:41
  • Qeydiyyat Tarixi: 24.10.2010
  • 20
Birincisi Adam danisanda sozunun menasini biler vehhabi sozu el-vahhab yeni Allahin 99 adinin 1-dir .Abdul-Vehhab sozunun -de menasi Allahin qulu demekdir ay cahil. Ikincisi Senin yazdigin soz ki var <<sefaet ,tevessul>> Sefaet etmek ancaq Allaha mexsusdur .Ikincisi<<Allaha el-qol vermek meselesine kecek>>Estagfurullah Allah Qurani kerimde ayelerde nece deyilir yazilibdir bunu da bilmemeyiniz Qurani kerimi oxumamaginizdan ireli gelir.<<Butun muselmanlara da kafir>> deyenler de ele sizin kimilerdi.<<Qebiri Ziyaret>> yalniz oz lumunu xatirlamaq meqsedi ile ziyaret etmek olar basqa cur haramdi.<<Resulullah(S.A.S)-e ve ya Sehabelere yas saxlamaq>>elbette olmaz.Cunki ne mene Qurani kerimnen ne de hedislerden ele bir delil getire bilmezssen ki 3 gunden artig yas saxlanilsin.Allah tala insana goz yasi verib goz yasi da bir agliyanda cox gulende bir de goze nese dusende olur.Arvad kimi saxsey-vaxsey elemek olmaz yeni .Agili insana veren Allahdir bundan istifade etmeyi hec kim insana qadaga goya bilmez.Sadece olaraq Allahin emirlerine qarsi bir dusun gor sen agilnan fikirlesib ne ede bilersen.Burda sene agil lazim deyil .Camaati sapdirmaga calisma AY CAHIL!!!!!
  • 23 октября 2010 12:40
  • Qeydiyyat Tarixi: 12.10.2010
  • 19
Salamun Aleykum.
Mencede yazmaqin xeyri yoxdur onlar dogru yolu tapan deyil,seytanin buynuzu yaman cixib onu qirmaq ucun gerek el bir olaq.....
Ad:*                 
E-Mail:*           
Kodu daxil edin: *    Включите эту картинку для отображения кода безопасности
обновить, если не виден код